ABŞ Prezidenti Donal Tramp ABŞ-nin İslam Respublikası ilə potensial müqaviləsinin bir hissəsi olaraq İranın zənginləşdirilmiş uranından istifadə edəcəyini bildirib.

Postxronika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

"Bu, çox asandır, əgər onlarla razılaşmamız olsa, biz gedəcəyik və bunu özümüz edəcəyik", - deyə Tramp vurğulayıb.

O bildirib ki, İranla hər hansı bir razılaşma ölkənin nüvə imkanlarına son qoymağı da əhatə edəcək.

"Biz istəyirik ki, nüvə bombası, nüvə silahı olmasın. Hətta ona bənzər bir şey da olmasın", - deyə o əlavə edib.