ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının taleyi və İrandakı siyasi vəziyyətlə bağlı mühüm açıqlamalar verib.
Postxronika.az xəbər verir ki, CNN-ə müsahibə verən Amerika lideri strateji əhəmiyyətli su yolunun çox yaxında tam açılacağını bildirib. Trampın ən diqqətçəkən təklifi isə bu vacib gəmiçilik yolunun ABŞ və İranın birgə nəzarəti altında olmasını istəməsidir.
Prezident eyni zamanda İranda ciddi rejim dəyişikliyinin baş verəcəyinə işarə edib. “Biz çox ağlabatan və möhkəm hesab etdiyim bəzi insanlarla işləyirik. Ölkə daxilindəki həmin şəxslər kim olduqlarını bilirlər”, – deyə Tramp qeyd edib.