İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi İqor Tudorun atası Mario Tudor dünyasını dəyişib. Xorvatiyalı mütəxəssis bu kədərli xəbəri Premyer Liqanın 31-ci turunda "Nottinqem Forest"ə 3:0 hesabı ilə məğlub olduqları matçdan dərhal sonra öyrənib.
Postxronika.az xəbər verir ki, London təmsilçisinin rəsmi "X" hesabında paylaşılan məlumatda çalışdırıcıya və onun yaxınlarına başsağlığı verilib. Ailəsindəki itki ilə əlaqədar olaraq Tudor oyundan sonrakı mətbuat konfransına qatılmayıb və əvəzində jurnalistlərin suallarını köməkçisi Bruno Saltor cavablandırıb. Qeyd edək ki, sözügedən komanda hazırda ölkə çempionatının turnir cədvəlində 30 xalla 17-ci pillədə qərarlaşıb.