İtaliyanın baş naziri Corciya Meloni məhkəmə islahatları ilə bağlı keçirilən referendumda uğursuzluqla üzləşdiyini açıqlayıb. Hökumət rəhbəri seçicilərin qərarına hörmətlə yanaşdığını qeyd etsə də, bu nəticəni ölkənin modernləşdirilməsi istiqamətində əldən verilmiş böyük fürsət kimi qiymətləndirib.
Postxronika.az xəbər verir ki, siyasətçi xalqa və dövlətə qarşı daşıdığı məsuliyyət hissi ilə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb. O, "Həmişə olduğu kimi, qətiyyət və dərin hörmətlə öz yolumuzla irəliləyəcəyik", – deyə fikrini tamamlayıb.