Parisin yeni solçu meri seçilən Emmanuel Qrequar sağçı rəqibi Raşida Datini məğlub edərək şəhərin idarəçiliyini növbəti dəfə öz cəbhəsinə qazandırıb.

Postxronika.az xəbər verir ki, vəzifəsinin icrasına başlayan siyasətçi ilk növbədə velosiped zolaqlarının genişləndirilməsi, ekoloji problemlərin həlli və məmurların idarəetmə xərclərinin azaldılması kimi təşəbbüslərlə diqqət çəkib. Eyni zamanda, bələdiyyə sədri şəhər məktəblərində baş vermiş uşaq istismarı qalmaqalından sonra təhsil müəssisələrində yoxlama və nəzarət sistemini kökündən dəyişəcəyinə söz verib. Yeni rəhbər həmçinin sosial mənzil çatışmazlığı, artan evsizlik problemi və qısamüddətli kirayə xidmətlərinin yaratdığı böhranla ciddi mübarizə aparacağını bildirib.

Fransalı mütəxəssis 2027-ci il prezident seçkiləri ərəfəsində paytaxtı ifrat sağçı qüvvələrin yüksəlişinə qarşı əsas müqavimət mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Qələbə çıxışında irqçilik və antisemitizmi qəti şəkildə rədd edən Qrequar Parisin heç vaxt radikal sağçıların şəhəri olmayacağını vurğulayıb.