İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın rəsmi Vaşinqtonla aparılan gizli danışıqlarda əsas müzakirəçi olduğu iddia edilir. Bu barədə İsrail mənbələrinə istinadən "The Jerusalem Post" nəşri məlumat yayıb.
Postxronika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp son iki gündə tərəflər arasında məhsuldar təmasların baş tutduğunu bildirsə də, rəsmi Tehran bu əlaqələri inkar edir. Ağ Ev rəhbəri bu prosesin uğurla nəticələnəcəyi təqdirdə Pentaqona İranın enerji infrastrukturuna planlaşdırılan hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb. Amerikalı lider dialoqun ölkənin ali dini rəhbəri ilə deyil, "İrandakı ən hörmətli şəxs"lə aparıldığını vurğulayıb. Qeyd edək ki, sözügedən görüşlərdə Birləşmiş Ştatları prezidentin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner təmsil ediblər.