Martın 21-22-də Belçikanın Lommel şəhərində taekvondo üzrə “Belgian Open” beynəlxalq turniri baş tutub. Yarışın ilk günündə mübarizəyə qoşulan gənc idmançılarımız 1 qızıl və 4 bürünc medal əldə ediblər. Belə ki, 49 kiloqram çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Postxronika.az xəbər verir ki, gənclərin yarışında Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medala sahib çıxıblar. Martın 22-də böyüklər arasında keçirilən turnirdə isə yığmamızın üzvü Qaşim Maqomedov (63 kq) aktivimizə daha bir bürünc medal yazdırıb. Eyni zamanda, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva bu mötəbər yarışda ölkəmizi hakim qismində təmsil edib.