Yaxın Şərqdə artan hərbi-siyasi gərginliyin fonunda rəsmi İslamabad tərəflər arasında vasitəçilik təklifi ilə çıxış edib.

Postxronika.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi CNN-ə müsahibəsində ölkəsinin İran, ABŞ və İsrailin iştirakı ilə danışıqlar üçün öz ərazisini təqdim etməyə hazır olduğunu bildirib.

​O qeyd edib ki, əgər bütün tərəflər razılığa gələrsə, Pakistan bu kritik dialoqa ev sahibliyi etməyə tam hazırdır. Xəbərdə vurğulanır ki, son günlər Tehran və Vaşinqton arasında danışıqların mövcudluğu ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Belə ki, ABŞ Prezidenti Donald Tramp tərəflər arasında razılaşmanın əldə olunduğunu iddia etsə də, İran Xarici İşlər Nazirliyi hər hansı birbaşa dialoqun olduğunu təkzib edib.

Qeyd edilib ki, tərəflər hazırda Türkiyə və Misir kimi ölkələr vasitəsilə dolayı əlaqələrini davam etdirirlər.