"Çelsi"nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandes karyerasını "Real"da davam etdirməyi özü üçün prioritet variant hesab edir. İnsayder Ben Ceykobsun sözlərinə görə, London təmsilçisi oyunçunun yay transferi üzərində tam nəzarətə sahib olsa da, İspaniya klubu orta xətti gücləndirmək üçün namizədlər siyahısını hələ tam dəqiqləşdirməyib.
Postxronika.az xəbər verir ki, ulduz futbolçunun komandanın baş məşqçisi Liam Rosenior ilə fikir ayrılığı yaşaması onun gələcək taleyinə ciddi təsir göstərə bilər. Rəhbərlik ötən yaydan etibarən cənubi amerikalı idmançını uzunmüddətli layihənin əsas hissəsi kimi görərək müqaviləni yeniləməyə çalışsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Qeyd edək ki, "Transfermarkt" portalı tərəfindən bazar dəyəri 90 milyon avro olaraq qiymətləndirilən istedadlı pleykmeykerin hazırkı sözləşməsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.