İngiltərənin "Mançester Yunayted" klubu yay transfer pəncərəsi ərəfəsində "Nyukasl"ın və Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimaraesi öz heyətinə qatmağa hazırlaşır. "Qırmızı şeytanlar"ın bu istedadlı oyunçunu həmvətəni Kazemironun uzunmüddətli əvəzedicisi kimi nəzərdən keçirdiyi bildirilir.

Postxronika.az xəbər verir ki, tərəflər arasında hələlik rəsmi razılaşma olmasa da, davam edən danışıqlar nəticəsində mümkün müqavilənin dəyərinin təxminən 80 milyon avroya çatacağı gözlənilir. Cari mövsümdə bütün turnirlər daxil olmaqla 35 matçda meydana çıxan cənubi amerikalı futbolçu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, "Transfermarkt" portalı tərəfindən 75 milyon avro qiymətləndirilən ulduz idmançının hazırkı komandası ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.