Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək.
Postxronika.az xəbər verir ki, iki həftəlik fasilədən sonra baş tutacaq toplantının əsas mövzusu fevralın sonunda alovlanan ABŞ-İsrail və İran arasındakı müharibədir. Rəsmi Ankara Yaxın Şərqdə genişlənən qarşıdurmaların regiona təsirlərini və sülh diplomatiyasının detallarını hərtərəfli təhlil edəcək.
İclasda Türkiyənin və Şimali Kiprin təhlükəsizliyini qorumaq məqsədilə hava məkanı və sərhəd xəttində görüləcək əlavə tədbirlər masaya yatırılacaq. Eyni zamanda, hərbi əməliyyatların qlobal iqtisadiyyata, xüsusilə də enerji qiymətlərinə vurduğu ziyanın daxili bazara mənfi təsirlərini azaltmaq yolları araşdırılacaq. Hökumət üzvləri inflyasiya ilə mübarizə prosesini qorumaq və istehlakçıların rifahını təmin etmək üçün yeni iqtisadi addımları qiymətləndirəcəklər.