FIFA sertifikatlı hakim Oğuzhan Çakır İtaliyada keçiriləcək UEFA 17 yaşadək futbolçular arasında Avropa Çempionatı Seçmə mərhələsinin A2 qrupu oyunlarında hakimlik edəcək.

Postxronika.az xəbər verir ki, UEFA 17 yaşadək futbolçular arasında Avropa Çempionatı Seçmə mərhələsi 25-31 mart 2026-cı il tarixləri arasında İtaliyada keçiriləcək. Oğuzhan Çakır həmçinin 2-ci turun A2 qrup oyunlarında da hakimlik edəcək. Turnirdə İtaliya, Portuqaliya, İslandiya və Rumıniya iştirak edəcək. FIFA sertifikatlı köməkçi hakim Bersan Duran da bu oyunlarda köməkçi hakim kimi çıxış edəcək.