Abşeron rayonunda taksi sürücüsünə qarşı soyğunçuluq hadisəsi baş verib. Belə ki, zərərçəkənin idarə etdiyi avtomobilə müştəri kimi əyləşən naməlum şəxs ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunu qəsb edib.

Postxronika.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, sürücünün müraciəti əsasında Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin rayon ərazisində daha bir analoji cinayət törətdiyi üzə çıxıb. Məlum olub ki, R.Dünyamalıyev başqa bir nəfərin də mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ilə ələ keçirib.

Hazırda qeydə alınan faktlarla bağlı cinayət işi başlanılıb, müvafiq araşdırmalar davam etdirilir.