''Sony Pictures'' ssenarist Yan Şorrun "71 Minutes" adlı yeni supernatural triller layihəsinin hüquqlarını əldə edib. Filmin prodüserliyini tanınmış Ceyson Reytman öz şirkəti vasitəsilə həyata keçirəcək.


Postxronika.az xəbər verir ki, gərgin süjet xəttinə malik ekran əsəri günəş doğana qədər təqibçilərindən qaçmağa çalışan bir adamın real zamandakı mübarizəsindən bəhs edir. Ssenari müəllifi Yan Şorr daha əvvəl Mark Uolberqin baş rolda çəkildiyi "Infinite" filmi ilə məşhurlaşıb. Hazırda o, Kianu Rivzin iştirakı ilə çəkilən digər bir irimiqyaslı layihə üzərində də fəaliyyətini davam etdirir.


Sözügedən ssenari üçün 20-dən çox istehsal şirkəti mübarizə aparsa da, sonda Sony qalib gəlib. Ceyson Reytman son olaraq "Saturday Night" filminə rejissorluq edib və "Ghostbusters" franşizasının inkişafı ilə məşğul olur. Yeni trillerin çəkiliş tarixi və rejissoru barədə təfərrüatlar yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.