İngiltərənin "Liverpul" klubu ilə misirli forvard Məhəmməd Salahın yolları ayrılır. 

Postxronika.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə vasitəsilə pərəstişkarlarına məlumat verib.

Hazırda 33 yaşı olan Salahın mersisaydlılarla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına kimidir. Buna baxmayaraq, hücumçu 2025/26 mövsümü başa çatdıqdan sonra komandadan gedəcəyini dəqiqləşdirib.

Məhəmməd Salah 2017-ci ildən bəri "Liverpul"un şərəfini qoruyur. Mersisayd klubundakı karyerası ərzində o, ümumilikdə 435 rəsmi oyunda yaşıl meydançaya çıxıb. Misirli ulduz bu matçlarda rəqib qapılarına 255 qol vurmağı bacarıb və 122 qolun ötürməsini verib.

Komandada keçirdiyi illər ərzində Salah ümumilikdə 9 titul qazanıb. Bu uğurlar arasında Çempionlar Liqası və Avropa Liqasındakı zəfərlər xüsusi yer tutur.