ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran Vaşinqtonun nüvə silahına sahib olmamaq tələbini qəbul edib.
Postxronika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə açıqlama verib.
Trampın sözlərinə görə, hazırda danışıqlar İranda "doğru insanlarla" aparılır, lakin o, konkret kimlərdən bəhs etdiyini dəqiqləşdirməyib. Xatırladaq ki, ABŞ tərəfdən müzakirələrdə dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens iştirak edir.
Dövlət başçısı həmçinin əlavə edib ki, İran tərəfi Birləşmiş Ştatlara energetika (neft və qaz) sahəsində əhəmiyyətli bir jest edib. Tramp bu addımı müsbət qiymətləndirərək, bunun düzgün tərəf-müqabillərlə işlədiklərinin göstəricisi olduğunu vurğulayıb.