"Fənərbaxça" klubu "Borussia Dortmund" ilə yollarını ayırmağa hazırlaşan alman ulduz Julian Brandt üçün yarışa qoşulub. Sarı-göylər bu transferdə ciddi rəqabətlə üzləşir.

Postxronika.az xəbər verir ki, yeni mövsüm üçün heyətini gücləndirmək istəyən "Fənərbaxça" klubu diqqətini Almaniya Bundesliqasına yönəldib.

İtalyan jurnalist Nikolo Şiranın sözlərinə görə, "Fənərbaxça" rəhbərliyi "Borussia Dortmund"un təcrübəli on nömrəli oyunçusu Julian Brandtı heyətinə əlavə etmək istəyir.

Bildirilir ki, "Fənərbaxça"dan əlavə, İngiltərə Premyer Liqasından "Aston Villa" və İtaliya A Seriyasından "Roma" 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.