Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Yaxın Şərqdə genişlənən hərbi münaqişələrlə bağlı ABŞ, İsrail və İrana xəbərdarlıq edib.

Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Nyu-Yorkdakı mənzil-qərargahda jurnalistlərə açıqlama verən Baş katib tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb.

​Quterreş çıxışında ABŞ və İsrailə səslənərək bildirib ki, mülki itkiləri artıran və qlobal iqtisadiyyata ağır zərbə vuran bu müharibə dərhal yekunlaşmalıdır. O, eyni zamanda İranı münaqişə tərəfi olmayan qonşu ölkələrə qarşı hücumları dayandırmağa səsləyib. Baş katib həmçinin İsrail və Hizbullah arasındakı qarşıdurmaya toxunaraq "Qəzza modeli Livanda təkrarlanmamalıdır" xəbərdarlığını edib.

​BMT rəhbəri vurğulayıb ki, bölgədəki bütün tərəflər silahları yerə qoymalı və diplomatiya yolunu seçməlidir.