Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də ölkə ərazisində 36 yeni cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayət hadisəsinin üstü açılıb.
Postxronika.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, qanunazidd əməllər törətməkdə şübhəli bilinən ümumilikdə 40 nəfər polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Görülən tədbirlər çərçivəsində müxtəlif maddələrlə axtarışda olan 45 şəxs, o cümlədən borclu qismində axtarılan 23 nəfər tutularaq aidiyyəti qurumlara təhvil verilib. Gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 14, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə əlaqədar isə 5 fakt müəyyən edilib.