İran parlamenti Hörmüz boğazından keçən gəmilərdən rüsumların toplanmasını nəzərdə tutan yeni qanun layihəsi üzərində işə başlayıb.
Postxronika.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu addım rəsmi Tehranın boğaz üzərindəki suverenliyini rəsmən təsbit etmək və yeni gəlir mənbəyi yaratmaq məqsədi daşıyır.
İranlı deputat Məhəmmədreza Rezayi Kuçi məsələ ilə bağlı açıqlamasında bildirib ki, digər beynəlxalq dəhlizlərdə olduğu kimi, Hörmüz boğazından keçən yük gəmiləri və neft tankerlərinin də tranzit rüsumu ödəməsi tamamilə təbii prosesdir.
"Biz bu boğazın təhlükəsizliyini təmin edirik və gəmilərin bu xidmət qarşılığında ödəniş etməsi vacibdir", – deyə o vurğulayıb.