İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiri İsrailin həyata keçirdiyi hücum nəticəsində həlak olub.
Postxronika.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə məlumatlar yayılsa da, İran rəsmiləri hələlik onun ölümü ilə bağlı rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Əlirza Təngsiriyə qarşı bu il yanvarın 31-də İranın Bəndər-Abbas şəhərində sui-qəsd cəhdi olmuşdu.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.