Ardıcıl 4-cü çempionluğuna doğru inamla irəliləyən "Qalatasaray"ın baş məşqçisi Okan Burukla bağlı təəccüblü bir iddia ortaya atılıb.
Postxronika.az xəbər verir ki, gələn mövsüm heyətini və strukturunu tamamilə yeniləməyi planlaşdıran "Tottenhem" Okan Buruku potensial baş məşqçi kimi nəzərdən keçirir.
Məlumatda bildirilir ki, Okan Burukla maraqlanan digər klublar arasında Səudiyyə Ərəbistanı komandası "Əl-İttihad" və İtaliya A Seriyasından olan "Latsio" da var.
Məşqçinin "Qalatasaray"la hazırkı müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır.