Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da bədbəxt hadisə baş verib.

Postxronika.az xəbər verir ki, minalardan təmizlənməmiş zonada piyada əleyhinə minanın partlaması nəticəsində 1985-ci il təvəllüdlü Ceyhun Abbasov ciddi xəsarət alıb. Hadisə yerinə dərhal cəlb olunan ANAMA əməkdaşları zərərçəkəni təhlükəli zonadan təxliyə ediblər. Sol ayağından travmatik amputasiya diaqnozu qoyulan kənd sakini Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda həkimlər pasiyentin vəziyyətini orta-ağır olaraq qiymətləndirirlər. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.