Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Postxronika.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.