İsrail Müdafiə Ordusu (IDF) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat idarəsinin rəisi Behnam Rezainin öldürüldüyünü rəsmən açıqlayıb.

Postxronika.az xəbər verir ki, İsrail ordusunun yaydığı məlumatda kəşfiyyat rəisinin SEPAH HDQ-nin komandanı Əlirza Təngsiri ilə birlikdə öldürüldüyü bildirilib.

​Bəyanatda iddia olunub ki, son səkkiz il ərzində bölməyə rəhbərlik edən Əlirza Təngsiri Hörmüz boğazında neft tankerlərinə və ticarət gəmilərinə qarşı təşkil edilən hücumlarda birbaşa iştirak edib. Həmçinin, onun strateji su yolunda beynəlxalq gəmiçilik üçün ciddi təhdid yaratdığı vurğulanıb.