İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların intensivliyinin azalmayacağını bəyan edib.

Postxronika.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, hökumət başçısı bu barədə xüsusi videomüraciətində danışıb.

​Netanyahu bildirib ki, İsrail ordusu İrandakı strateji hədəflərə tam gücü ilə zərbələr endirməkdə davam edir. Baş nazir son əməliyyatların uğurlu nəticələrindən bəhs edərkən, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin öldürüldüyünü xüsusi vurğulayıb. O, Təngsirini Hörmüz boğazının qanunsuz olaraq bağlanması və beynəlxalq gəmiçiliyə qarşı təxribatların əsas təşkilatçısı kimi ittiham edib.