Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə alovlanan müharibənin gedişatı və regionun gələcəyi ilə bağlı proqnozlar verib.
Postxronika.az Rusiya mediasına istinadən xəbər verir ki, dövlət başçısı münaqişənin miqyasının proqnozları üstələdiyini bildirib.
"Yaxın Şərqdəki münaqişənin nəticələrini hələlik dəqiqliklə proqnozlaşdırmaq çətindir. Mənə elə gəlir ki, hətta bu prosesə birbaşa cəlb olunan iştirakçılar da baş verənlərin hara gedəcəyini tam təsəvvür edə bilmirlər", - deyə Putin vurğulayıb.
O qeyd edib ki, kənardan müşahidə edən ölkələr üçün bu qeyri-müəyyənlik daha da dərindir.
Prezident həmçinin bildirib ki, regiondakı hərbi əməliyyatlar artıq lokal çərçivədən çıxaraq beynəlxalq logistika, qlobal istehsalat və kooperasiya zəncirlərinə əhəmiyyətli zərbələr vurur.