ABŞ-də həbsdə olan Venesuelanın sabiq rəhbəri Nikolas Maduronun mühakimə olunacağı vaxt məlum olub.
Postxronika.az xəbər verir ki, CNN-in yaydığı məlumata əsasən, prosesin cari ilin 26 mart tarixinə təyin edilməsi qərara alınıb. İclasda müdafiə tərəfi narkoterrorizmdə ittiham olunan eks-prezidentin məhkəməyə hazırlıq prosesinə Vaşinqtonun maneə törətdiyini sübut etməyə çalışacaq.
Mütəxəssislər sanksiyalar səbəbindən Maduronun dövlət vəsaitlərinə çıxışının olmadığını, bu səbəbdən vəkillərin uğur qazanma ehtimalının aşağı olduğunu bildirirlər. Bununla belə, qanunvericiliyə uyğun olaraq, sabiq dövlət başçısı hökumət tərəfindən təyin edilmiş hüquqi müdafiəçi xidmətindən yararlana biləcək. Xatırladaq ki, yanvar ayında Nyu-Yorka gətirilən siyasətçi və xanımı ağır cinayətlərdə günahlandırılır.