Martın 26-da polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində itkin düşmüş kimi axtarışı aparılan 5 nəfərin yeri müəyyən edilərək tapılıb.
Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə axtarışa verilən həmin şəxslər polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.