Martın 26-da polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan külli miqdarda silah-sursat və narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.
Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadən xəbər verir ki, əməliyyatlar zamanı 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bundan başqa, həmin gün keçirilən digər əməliyyat tədbirləri ilə ümumi çəkisi 2,1 kiloqramdan artıq narkotik vasitə də müsadirə olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli əməliyyat və profilaktik tədbirlər davam etdirilir.