Binəqədi rayon sakini polisə müraciət edərək naməlum şəxslərin onun yaşadığı evə daxil olaraq kəsici alətlə hədələdiyini və mobil telefonunu taladığını bildirib.
Postxronika.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 39 yaşlı M.Əliyev və 38 yaşlı G.Əkbərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.