ABŞ Prezidenti Donald Trampın ölkə ictimaiyyəti arasındakı nüfuzu Ağ Evə ikinci dəfə qayıtdıqdan bəri durmadan azalmaqdadır.

Postxronika.az xəbər verir ki, dövlət başçısının reytinqinin düşməsi əsasən yüksək yaşayış xərcləri və İrandakı hərbi əməliyyatların yaratdığı iqtisadi problemlərlə əlaqədardır. Artan inflyasiya, eləcə də benzinin kəskin bahalaşması səbəbindən siyasətçinin iqtisadi kursuna olan ictimai dəstək 29 faizə qədər enib. Sadiq respublikaçı elektorat öz partiya liderini müdafiə etməyə davam etsə də, müstəqil seçicilər arasında mövcud iqtidara qarşı narazılıq sürətlə böyüyür. Yaranmış mürəkkəb mənzərə, xüsusən də rəqib demokratların son səsvermələrdəki uğurları hakim partiyanı qarşıdan gələn noyabr seçkilərində potensial məğlubiyyət təhlükəsi ilə üz-üzə qoyub.