Finlandiya dövlət başçısı Aleksandr Stubb Şimali Atlantika Alyansında fikir ayrılıqlarının yarandığını və təşkilatın daxilində qütbləşmənin getdiyini bəyan edib.

Postxronika.az xəbər verir ki, "Politico" nəşrinə müsahibə verən siyasətçi Avropanın liberal dünya nizamını müdafiə etdiyini, ABŞ-ın isə daha çox praqmatik və əməliyyat xarakterli maraqlara üstünlük verdiyini vurğulayıb. Qitə liderlərinin Yaxın Şərq məsələsində Vaşinqtonu dəstəkləmək məcburiyyətində olmadığını bildirən Stubb, İranla münaqişənin ölkəsinə aidiyyəti olmadığını, əsas diqqətlərinin Ukraynaya yönəldiyini qeyd edib. Xatırladaq ki, Amerika lideri Donald Tramp bir müddət əvvəl müttəfiqlərini Tehranla bağlı passivlikdə qınamışdı. Bununla belə, Ağ Ev rəhbəri Amerikanın Avropanın köməyi olmadan da bu problemin öhdəsindən gələ biləcəyini əlavə etmişdi.