Azərbaycan Prezidenti İlham Əliyev martın 27-də Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın vəfatı ilə əlaqədar qonşu ölkənin Bakıdakı səfirliyində olub.

Postxronika.az xəbər verir ki, dövlət başçısını diplomatik nümayəndəliyin rəhbəri Zurab Pataradze qarşılayıb. Ali qonaq matəm kitabına ürək sözlərini yazdıqdan sonra səfirlə qısa söhbət edib. Ölkə rəhbəri mərhum dini liderin həyatını xeyirxah amallara və sivilizasiyalararası dialoqun təşviqinə həsr etdiyini vurğulayaraq, onun xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anılacağını bildirib. Eyni zamanda, ali ruhaninin iki dövlət arasındakı ənənəvi dostluq əlaqələrinin inkişafındakı müstəsna rolu xüsusi qeyd olunub. Sonda səfir ziyarətə və dərin hüznə şərik olduğuna görə Azərbaycan liderinə öz minnətdarlığını çatdırıb.