İranın Xarici İşlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı beynəlxalq nizamı pozan ölkələrin cəzalandırılmasının vacibliyini rəsmən irəli sürüb. Xarici siyasət idarəsinin rəhbəri ali qurumun təcavüzkarları Nizamnamənin müvafiq fəslinə əsasən məsuliyyətə cəlb etmək kimi qanuni öhdəliyi olduğunu xüsusi vurğulayıb.

Postxronika.az xəbər verir ki, baş diplomat dünya ictimaiyyətini Hörmüz boğazında yaranmış gərginliyin əsas səbəbi kimi Vaşinqton və Təl-Əvivin hərbi müdaxiləsini görməyə çağırıb. Rəsmi Tehran sahil ölkəsi kimi qlobal qaydalara uyğun şəkildə, hücumda iştirak edən tərəflərə məxsus və ya onlarla əlaqəli gəmilərin keçidinin qarşısını aldığını bəyan edərək bu addımını hüquqi çərçivədə əsaslandırıb.