Türkiyə istehsalı olan hərbi təyinatlı texnikalar Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Qüvvələrinin istifadəsinə verilib.

Postxronika.az xəbər verir ki, təhvil-təslim mərasimi Tiflisin Vaşlijvari qəsəbəsində yerləşən xüsusi təyinatlıların bazasında baş tutub.

Tədbirdə hər iki ölkənin rəsmi nümayəndələri iştirak edərək müvafiq sənədləri imzalayıblar. Rəsmi hissədən sonra qonaqlar baza ərazisindəki atıcılıq poliqonunda nümayiş atışlarını izləyiblər. Qeyd edək ki, qardaş ölkə ötən il də Gürcüstan tərəfinə müxtəlif hərbi avadanlıqlar təqdim etmişdi. Bu addım iki dövlət arasındakı müdafiə əməkdaşlığının gücləndirilməsinə xidmət edir.