"Qalatasaray" qarşıdakı mövsüm üçün transfer işlərinə erkəndən başlamağı planlayır. "Sarı-qırmızı" rəhbərlik uzun müddətdir gündəmdə olan ulduz Hakan Çalhanoğlu üçün ciddi addımlar atır.

Postxronika.az xəbər verir ki, "Qalatasaray" həm yay, həm də qış transfer pəncərələrində "İnter"ə müraciət etmişdi, lakin İtaliya komandası heyət planlamalarına görə transferi yekunlaşdıra bilməmişdi. 32 yaşlı yarımmüdafiəçinin müqaviləsini uzatmayan "İnter", Hakan Çalhanoğlunun 2027-ci ilin yayında azad agent olacağını nəzərə alaraq, yayda təklifləri qiymətləndirmək qərarına gəlib. İtaliya klubu oyunçunu satmaqla təxminən 15-20 milyon avro transfer haqqı əldə etməyi hədəfləyir.

Bu mövsüm "İnter"də 26 oyun keçirən Hakan Çalhanoğlu 9 qol və 4 məhsuldar ötürmə edib.