Davam edən əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı, Sumqayıt və digər bölgələrdə polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Postxronika.az xəbər verir ki, vətəndaşların təhlükəsizliyini və rahat hərəkətini təmin etmək məqsədilə naryadlar küçə və prospektlərə cəlb olunublar. Nəqliyyatın axını Yol Patrul və Post Patrul xidmətləri tərəfindən tənzimlənir, sürücülərlə yanaşı, piyadalarla da profilaktik işlər aparılır.
Ehtiyacı olan şəxslərə operativ köməklik göstərilərək onların mənzil başına sağ-salamat çatması təmin edilir. Yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində DİN əməkdaşlarının koordinasiyalı fəaliyyəti hazırda da davam etdirilir.