Formula 1 Dünya Çempionatında mövsümün üçüncü yarışı Yaponiya Qran Prisi davam edir.
Postxronika.az Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, sürücülər təxminən 5,8 kilometr uzunluğundakı trasda ümumilikdə 53 dövrə yarışacaqlar.
Yaponiya Qran Pri seçmə mərhələsi bu gün keçiriləcək. Yarış isə 29 mart bazar günü start götürəcək.
Qeyd edək ki, mövsümün ilk iki yarışında Mercedes pilotları Corc Rassel və Kimi Antonelli qələbə qazanıblar.