Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti fəsadların aradan qaldırılması üçün səfərbər edilib.

Postxronika.az xəbər verir ki, bir sutka ərzində “102” Xidməti-Zəng Mərkəzinə daxil olan 763 çağırış dərhal aidiyyəti struktur bölmələrinə yönləndirilib. Müraciətlərin 475-i Dövlət Yol Polisinə, 214-ü Post-Patrul və Çevik Polis Alayına, 74-ü isə digər sahələrə ötürülərək vətəndaşlara zəruri köməklik göstərilib.

Hazırda asayiş keşikçiləri tərəfindən təhlükəsizliyin təmin olunması məqsədilə koordinasiyalı tədbirlər fasiləsiz davam etdirilir. Prosesin gedişatı nazirliyin xüsusi nəzarətində saxlanılır. Asayişin qorunması və küçələrdə hərəkətin tənzimlənməsi üçün gücləndirilmiş xidmət fəaliyyəti icra olunur.