Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verib.
Postxronika.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 750 kvadratmetr sahəsi olan sexin 70 kvadratmetr hissəsi yanıb, qalan ərazi və içərisindəki mebel materialları isə qorunub.