Türkiyə Sığorta Basketbol Super Liqasındakı komandalarından olan "Aliaga Petkimspor", Özhan Çıvğının boş qalan yerinə baş məşqçi vəzifəsinə Orhun Eneni təyin edib.

Postxronika.az xəbər verir ki, Türkiyə Milli Basketbol Komandasını, eləcə də liqada "TOFAŞ", "Darüşşafaka" və "Banvit" kimi komandaları çalışdırmış Orhun Ene ilə 1,5 illik müqavilə imzalayıb. Klubun açıqlamasında deyilir:

"Təcrübəli məşqçimiz Orhun Eneni yeni evində salamlayırıq, ona vəzifəsində uğurlar arzulayırıq".