Kosovo millisi sabah 2026-cı il Dünya Kuboku Avropa seçmə mərhələsinin pley-off finalında Türkiyə ilə evdə qarşılaşacaq. Bu matçdan əvvəl Kosovalı futbolçu Vedat Muriç "Fadil Vokrri" Stadionunda keçirilən mətbuat konfransında açıqlama verib.
Postxronika.az xəbər verir ki, Kosovalı futbolçu 8 il Türkiyədə futbol oynadığını bildirərək, "Hamısı mənim dostlarımdır, amma sabahkı matç tamamilə fərqlidir. Milli hisslər hər şeydən üstündür. Əlimizdən gələni edəcəyik" deyib.