Martın 28-də ABŞ və İsrail İranın qərbində yerləşən Məşhəd hava limanında humanitar yardım daşıyan mülki təyyarəyə zərbə endirib.

Postxronika.az xəbər verir ki, bu barədə məlumatı  İranın "Fars" agentliyi məlumat yayıb. Məsələ ilə bağlı artıq İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatı rəsmi məlumat paylaşıb.

Qurumdan verilən açıqlamada hücum kəskin şəkildə qınanılıb: "Mülki Aviasiya Təşkilatı digər ölkələrdən İran üçün dərman və tibbi avadanlıq daşıyan və Məşhəd hava limanına eniş edən İranın mülki təyyarəsinə qarşı ABŞ-İsrail hücumunu qətiyyətlə pisləyir".