Martın 30-da ölkə ərazisində qeydə alınan 38, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Postxronika.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində axtarışda olan ümumilikdə 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 52 nəfəri borclu şəxs qismində axtarışda olan şəxslərdir.

​Günün xronikasında narkotik vasitələrlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 25 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən daha 37 nəfər polis tərəfindən tutularaq istintaqa cəlb olunub.