Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və ali təhsil sahəsində əməkdaşlığa dair yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanla Mərakeş arasında müvafiq sahədə imzalanmış saziş təsdiq edilib.

Postxronika.az xəbər verir ki, təsdiq olunan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanıb.

Sənədə əsasən, qeyd olunan saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tapşırılıb.

Bundan əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə müvafiq bildiriş göndərmək həvalə olunub.