Rusiya dövlət başçısı Vladimir Putin tezliklə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri vəzifəsinə yenidən təsdiqlənmiş Ella Pamfilova ilə görüşməyi planlaşdırır. Kremlin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında bu məlumatı təsdiqləyib.

Postxronika.az xəbər verir ki, E. Pamfilova Rusiya MSK-sının tarixinə ardıcıl üçüncü müddətə seçilən ilk rəhbər kimi düşüb. O, 2016-cı ildən bəri sözügedən quruma rəhbərlik edir. Siyasi xadim bu vəzifəyə təyin olunmazdan əvvəl insan hüquqları üzrə müxtəlif yüksək dövlət postlarında çalışıb. Həmçinin, o, müxtəlif illərdə Dövlət Dumasının deputatı qismində fəaliyyət göstərib.