Rusiyanın xarici işlər naziri Sergey Lavrov 14-15 may tarixlərində BRICS ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin iclasında iştirak məqsədilə Nyu-Dehliyə gedəcək. Bu barədə TASS agentliyinə nazir müavini Andrey Rudenko məlumat verib.
Postxronika.az xəbər verir ki, tədbir çərçivəsində təşkilata sədrlik edən Hindistanın sammitə təqdim edəcəyi yekun sənədlərin konturları müəyyənləşdiriləcək. Həmçinin, rusiyalı diplomatın həmkarı Subrahmanyam Cayşankar və digər yerli rəsmilərlə ayrıca işgüzar görüşləri nəzərdə tutulur. Qeyd edək ki, əsası 2006-cı ildə qoyulan bu beynəlxalq quruma ötən müddət ərzində yeni üzvlər qəbul edilib və Nigeriya da daxil olmaqla bir sıra dövlətlərə tərəfdaş statusu verilib.