Aprelin 1-də ekranlara çıxacaq "The Super Mario Galaxy Movie" animasiyasının mətbuat üçün qapalı baxışı keçirilib və sosial şəbəkələrdə səsləndirilən ilkin rəylər birmənalı deyil.
Postxronika.az xəbər verir ki, tənqidçilərin qarışıq reaksiyalarına baxmayaraq, "Universal" və "Nintendo" şirkətləri yeni layihənin də əvvəlki kimi qlobal fenomenə çevriləcəyinə əmindirlər. Davam filmində Şahzadə Rozalina və Yoşi kimi yeni personajlar hekayəyə daxil edilib, səsləndirmə heyətinə isə Bri Larson və Donald Qlover kimi məşhurlar qatılıb. Xatırladaq ki, 2023-cü ildə izləyicilərə təqdim olunan birinci hissə ekspertlər tərəfindən o qədər də bəyənilməsə də, böyük tamaşaçı rəğbəti sayəsində kassa yığımlarında 1,36 milyard dollar gəlir əldə etmişdi.