Məşhur rejissor Pol Şreydr uzun müddət "Altsheymer" xəstəliyindən əziyyət çəkən və bu yaxınlarda vəfat edən həyat yoldaşı, aktrisa Meri Bet Hörtün ölümü ilə bağlı sükutu pozub. O, sosial şəbəkə hesabında atası ilə bağlı xatirəsini bölüşərək, hazırda onun vaxtilə anasını itirərkən keçirdiyi eyni ağır hissləri yaşadığını bildirib.


Postxronika.az xəbər verir ki, 1983-cü ildə ailə həyatı quran cütlüyün bu evlilikdən iki övladı dünyaya gəlib. "Toni" mükafatı nominantı olan mərhum sənətçi karyerası ərzində ərinin dörd fərqli filmində rol alıb. 2015-ci ildə xanımına sözügedən diaqnoz qoyulduqdan sonra kinematoqrafçı onun əsas baxıcısına çevrilib və daim ona yaxın olmaq məqsədilə xüsusi qulluq mərkəzinə köçüb. Aktrisanın vəfatından sonra qızı Molli də anasının xatirəsini ehtiramla yad edən təsirli paylaşım edib.